İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.
İndoneziyanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, tərəflər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, səfirlə X.Xələfov İndoneziyanın Azərbaycanda müxtəlif tədbirlər təşkil etməsi, o cümlədən sentyabr ayında Bakıda baş tutacaq İndoneziya Mədəniyyət Festivalının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB