ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edən müşahidə missiyasının hüquq və seçki analitikləri Marianna Skopa və Aleksey Qromov bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi mənzil-qərargahında olub. SİA-ya BAXCP-dən verilən məlumata görə, qonaqlar partiyanın beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli ilə görüşüb.
Görüşdə BAXCP-nin də daxil olduğu "İslahat Bloku"nun seçkilərdə iştirakı müstəvisində bir sıra hüquqi və seçki məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb. E.Mirzəbəyli ATƏT-in müşahidə missiyasının təmsilçilərinə "İslahat Bloku"na daxil olan partiyalar və onların birgə fəaliyyətilə bağlı geniş məlumat verib. Görüşdə həmçinin "İslahat Bloku" tərəfindən deputatlığa namizədlikləri irəli sürülən şəxslərin sənədlərinin müvafiq seçki komissiyalarına təqdim olunması, imzatoplama kampaniyasının gedişi, namizədlərin qeydə alınması prossesi, eləcə də digər hüquqi və seçki prosedurları ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi ATƏT təmsilçilərinin müxtəlif məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB