Xəzər rayonunda dənizdə batan şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 16.28-də başa çatıb.
Digər hadisə həmçinin Xəzər rayonunda baş verib.
Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batan şəxs xilas edilib. Əməliyyat saat 18.35-də başa çatıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB