Rusiya ABŞ-a tələb irəli sürüb DİPLOMATİK SKANDAL

Rusiya ABŞ-a tələb irəli sürüb DİPLOMATİK SKANDAL

ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, onun ölkəsi Rusiyanın amerikalı diplomatları ölkə ərazisindən çıxarmaq qərarına qarşı adekvat addımlar atacaq. SİA xəbər verir ki, bu barədə yazan“Associated Press” əlavə edir ki, sözügedən qərar barədə 1 sentyabr tarixində bəyan ediləcək.

“Reuters” usə yazır ki, Tillerson baş verənlərə baxmayaraq, Rusiya Federasiyası ilə gələcək münasibətlərə praqmatik olaraq yanaşır. Bundan əlavə, dövlət departamentinin rəhbəri bu və s. problemlər ətrafında rəsmi Moskva ilə birgə işləməyə hazırdır. Onun sözlərinə görə, bir kiçik məsələdən ötrü ümumi dialoqu pozmağa dəyməz.

Bundan öncə ABŞ Konqresində anti-Rusiya səsvermələrindən sonra Moskva Vaşinqtondan Rusiyada işləyən amerikalı diplomatların, eləcə də texniki heyətin sayının ABŞ-ın Rusiyadakı səfirliyinə təqdim olunmasını tələb edib. Bu tələb Sankt-Peterburqda, Yekaterinburqda və Vladivostokda çalışan amerikalılara da aiddir. Bu isə belə məna kəsb edir ki, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatik dairələrində və konsul müəssisələrində 455 nəfər ixtisara düşəcək. Belə ki, Amerikada da 455 nəfər rusiyalı diplomat və texniki heyət işçilərinin ölkədən çıxarılması gözlənilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə