Bu gün paytaxt Bakıda XVI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi, V Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və IV Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi öz işnə başlayıb. SİA-nın xəbərinə görə, 22-24 sentyabr tarixlərində keçiriləcək hər üç sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian"şirkətidir.
Sərginin açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev artıq 16 ildir ki, Azərbaycanda beynəlxalq səhiyyə sərgisinin keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, bu il keçirilən sərgidə 19 ölkədən 105 şirkət iştirak edir. Sərgi iştirakçılarının sayının artdığını deyən nazir müavini söyləyib ki, ötən illə müqayisədə bu il şirkətlərin sayı 15% çoxdur.
"Azərbaycanda aparılan uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə həm beynəlxalq sərgilərin, həm də tədbirlərin sayı artır. Azərbaycan bu gün Cənubi Qafqazda mərkəzə çevrilib. Təbii ki, bu bütün sahələrdə olduğu kimi səhiyyə ictimaiyyətini də sevindirir. Ölkənin iqtisadi inkişafına uyğun olaraq səhiyyə də inkişaf edir. Yeni xəstəxanalar qurulur, əsaslı təmir olunur, yeni müasir avadanlıqlarla təchiz olunur. Artıq Azərbaycan beynəlxalq tədbirləin keçirildiyi məkana çevrilib. "BIHE" sərgisi öz sağlamlığının qayğısına qalan hər bir kəs üçün mühüm tədbir olacaq və sağlamlığın qorunub saxlanılmasına köməklik edəcək. Sərgi və sərgidə təqdim olunan yeniliklər yerli bazarda səhiyyə sahəsinin qabaqcıl məhsul, xidmət və texnologiyalarının təşviqinə dəstək olacaq, bu isə nəticə etibarı ilə ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin artmasını təmin edəcək", - deyə o əlavə edib.
"Iteca Caspian"şirkətinin direktoru Fərid Məmmədov sərgilər barədə ətraflı məlumat verib. O bildirib ki, "BIHE" - Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Artıq şirkət tərəfindən payız sərgilərinin keçirilməsinə başlanıldığını deyən F.Məmmədov qeyd edib ki, bu sərgilərin tərəfdaşları "Azerfon-Vodafone", "Paşa Sığorta", "Caspel", "Creenwich Travel", "SIAR" şirkətləri və Qafqaz Point Otelidir.
"İlk dəfə sərgilər yüksək standartlara cavab verən, yeni və müasir tipli "Bakı Ekspo Mərkəzində" keçirilir. Yerli istehsalçılar və distribütorlar isə sərginin ümumi ərazisinin 40%-ni təşkil edirlər. Həmçinin iştirakçıların 35%-i "BIHE" sərgisinin debütantları sayılır və onların arasında Bavariya iqtisadiyyat, Nəqliyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən Bavariya Milli Stendi də vardır. Sərgidə Almaniya şirkətləri müasir tibb avadanlıqları, implantantlar, ortopediya məhsulları və dezinfeksiya vasitələrini təqdim edirlər. Belarus, Rusiya, Ukrayna və digər ölkələrin iri əczaçılıq şirkətləri isə geniş çeşiddə dərman preparatlarını nümayiş etdirirlər. "BIHE" sərgisi ilə paralel stomatoloji avadanlıqlar, istehlak materialları və bir çox digər tibbi ləvazimatların təqdim ediləcəyi 5-ci Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi də təşkil olunur. Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə Stomatologiya sərgisi çərçivəsində bu il stomatologiya sahəsinin mərkəzi hadisəsinə çevriləcək "Dünya nailiyyətləri fonunda stomatologiyanın aktual problemləri" adlı 16-cı Beynəlxalq Stomatoloji Konfrans da keçiriləcək. Bu sərgi ilə eyni vaxtda, yəni 22-24 sentyabr tarixlərində daha bir layihə - 4-cü Azərbaycan Beynəlxalq Cözəllik və Estetik Təbabət Sərgisi təşkil olunur. Bu sərgidə estetik təbabət, makiyaj və tatuaj üçün nəzərdə tutulmuş avadanlıq və preparatlar, gözəllik salonları üçün alətlər, avadanlıqlar və xidmətlər, dırnaqlara qulluq xidməti və avadanlıqları, kosmetika avadanlıqları, kosmetologiya, təbii kosmetika, müalicə-profilaktik və sağlamlaşdırıcı fitokosmetika, aromaterapiya, mezoterapiya, talassoterapiya, habelə gigiyena vasitələri, pəhriz qidaları / məhsulları, uşaqlara qulluq üçün məhsullar və bir çox digər bölmələr təqdim olunur" Fərid Məmmədov deyib.
Azərbaycan Stomatologiya Assosiasiyasıın rəhbəri Rəna Əliyeva da bu sərginin təşkil edilməsinin yüksək əhəmiyyətə malik olduğunu söyləyib. Onun fikrincə, sərgilərdə yeni müasir avadanlıqlar sərgilənir ki, bu da tibb işçilərinin gələcək fəaliyyəti üçün çox əhəmiyyətlidir.
Qeyd edək ki, sərgilər sentyabrın 24-dək Bakı Ekspo Mərkəzində davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB