Erməniyə xas olan şantaj siyasəti - ANALİTİK

Arkadi Karapetyan: “Rusiyadan baha qiymət yerinə, İrandan ucuz benzin və qaz ala bilərik”
Erməniyə xas olan şantaj siyasəti - ANALİTİK

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan S-400 zenit-raket komplekslərini alması ilə bağlı müqavilənin imzalanmasını bəyan etməsinin ardınca, bir tərəfdən Azərbaycanın güclü ordusu qarşısında acizliklərini etiraf edən Ermənistanın ictimai-siyasi dairələri indi də Türkiyə tərəfdən dalana sıxışdırılacaqları barədə fikirlər səsləndirirlər. Eyni zamanda, Ərdoğanın S-400-lərin nəninki Türkiyəyə gətiriləcəyi, eləcə də bu silahların birgə istehsalı ilə bağlı söylədiyi fikirləri Ermənistanda ciddi müzakirə obyektinə çevrilib.

SİA xəbər verir ki, bu arada birinci Qarabağ müharibəsi zamanı separatçılara məxsus silahlı birləşmələrinə komandanlıq etmiş və hazırda hərbi ekspert kimi çıxış edən Arkadi Karapetyanın “lragir.am”a verdiyi müsahibəsində ilgnc, hətta gülünc məsələlərə toxunulub. Belə ki, onun sözlərinə görə, S-400 müdafiə xarakterli silahdır və onlarla təyyarələri, uçan digər hava obyektlərini vurmaq mümkündür. Sözügedən məsələ ilə bağlı səsrsəmləyən, hətta axmaq fikirləri ilə gündəmə çıxan Karapetyan hətta hesab edir ki, “Ermənistan Türkiyəni alanda çətinliklərlə qarşılaşmalı olsa da, Türkiyə həmin silahları istifadə edə bilməyəcək, çünki bu vaxta qədər ölkə süquta uğrayacaq. Baxmayaraq ki, həmin silahlar çox keyfiyyətlidirlər”...

Əlbəttə ki, Karapetyanın ifadələri heç də ciddi hesab eidlməməlidir və onun iddiaları əlbəttə ki, qorxudan irəli gələn, boğazdan yuxarı deyilmiş xam xəyallardır. Ancaq bu kimi axmaq iddiaları ilə danışmasına rəğmən, Karapetyan tarixin işğalçılara verdiyi dərsi də unutmayıb və belə hesab edib ki, Rusiya-Türkiyə yaxınlaşması ermənilər üçün təhlükədir. SİTAT: “Ötən əsrin 18-20-ci illərində tarix bunu göstərib. Putinə sual verəndə ki, zamanları gəzə bilən maşını olsaydı nə edərdi, o cavab verib ki, bu maşınları tarix yaradır. Zamanında Rusiya Türkiyəni silahlandıraraq, bu ölkəni ayağa qaldırmağa imkan vermişdi. Hətta sovet vaxtlarında bizə leksiya oxuyaraq deyirdilər ki, Türkiyə Leninə xatir inqilab edib. Gərək Lenin nə qədər sadəlöhv olardı ki, Atatürk onu barmağına dolayrdı. Onlar sadəcə, iş birliyi ediblər. İndi də həmin hal yaşana bilər, baxmayaraq ki, zaman başqadır – biz artıq itirdiyimizi-itirmişik və yenidən eyni vəziyyətin yaranmasına imkan verməməliyik”.

Göründüyü kimi, ermənilərin sərsəm hərbi eksperti hələ də Ermənistanı regionda “söz deyən” ölkə kimi təsəvvür edir, halbuki, bütün dünyaya bəllidir ki, bu ölkə bütünlüklə öz müstəqilliyini itirib və sadəcə, kağız üzərində “suveren dövlət” olaraq tanınmaqdadır. Həmçnin, Ermənistanın demək olar ki, bütün hərbi, iqtisadi, sənaye və s. sahələri Rusiyanın tabeçiliyindədir. Belə olan vəziyyətdə vassal bir ölkənin nəyəsə imkan verib-verməməsi həqiqətən də çox gülməli təsir bağışlayır.

Yeri gəlmişkən, son günlər cəbhə xəttində Ermənistan tərəfinin ardıcıl təxribatlara əl atması, sonradan isə bu çirkin əməllərini Azərbaycanın üzərinə yıxması cəhdləri də heç bir həqiqəti əks etdirməməkdədir. Məsələ ondadır ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin beynəlxalq ictimaiyyətə işğalçı Ermənistanın mülki obyektlərimizi hədəfə alması barədə verdiyi bəyanatları da nədənsə sərsəm Karapetyanın fərqli münasibətinə səbəb olub. Ona görə, guya Azərbaycan “təxribata” hazırlaşır və edəcəyi hücumlarına müdafiə donu geyindirməkdən ötrü qabaqcadan bənzər bəyanatlarla çıxış edir. “Bu, çoxdandı texnologiyadır”-deyən Karapetyan iddia edir ki, “təxribatdan” sonra onlar (yəni Azərbaycan tərəfi-red.) bəyan edəcək ki, ermənilər atəşkəsi pozduqlarına görə, cavab addımları atmağa məcbur olublar və s.

Söz yox ki, aşkar siyasi fahişəliyə yol verən erməni hərbi eksperti yalnız ermənilərə məxsus olan xisləti ilə bənzər fikirlər səsləndirir.

Rusiyanın Türkiyə ilə yanaşı Azərbaycana da silah satması məsələsinə gəlincə Karapetyan növbəti tarixi saxtakarlığa yol verib. Onun dar düşüncələrinə görə, sən demə ermənilərin problemi 200 il bundan öncə - Gülüstan müqaviləsi imzalandırdan sonra rusların “erməni sərhədlərinə” yaxınlaşması zamanı başlayıb. “Bu, bizim günahımızdır ki, rus çarına müraciət etdik, hansı ki, güc toplayaraq öz məsələmizi özümüz həll edə bilərdik”-deyən sərsəm ekspert indi də Rusiyanın bu torpaqlarda ağalıq etdiyini bildirib və deyib ki, onların (rusların-red.) dünya görüşü bu cürdür.

Erməni siyasi eksperti erməni millətinə xas olan şantajı da etməyi unutmayıb. Bir tərəfdən Serj Sarkisyanın NATO-ia inteqrasiyası fonunda səsləndirdiyi bəyanatları, digər tərəfdən Ermənistanın Avrasiya İttifaqından çıxaraq, Avropaya meyllənməsi cəhdləri də bu sıradandır. Lakin Karapetyan indi də hesab edir ki, “ermənilər Moskvadan fərqli olaraq öz öhdəliklərinə sadiq qalırlar, İrandan ucuz qaz və benzini almaq yerinə bu enerji mənbələrini Rusiyadan baha qiymətə əldə edir”. “Ancaq Rusiya düşmənlərimizə silah satarkən bizdən heç nə soruşmur”-deyə Karapetyan şantaj xarakterli ifadələri ilə bildirib.

Sonda isə erməni siyasi ekspertinə görə, onlar guya müharibədən qorxmamalı və milli məsələni “birdəfəlik” həll etməlidirlər. Ancaq bu kimi pafoslu çıxışın ardınca istər-istəməz belə bir sual yaranır, əgər ermənilər həqiqətən də müharibədən qorxmurlarsa, ötən ilin aprelindən indiyə qədər nəyə görə bu qədər hürkək görünürlər? Çox yəqin ki, yaxın vaxtlarda Karapetyan və onun kimi digər erməni sərsəmlərinin güclü Azərbaycan qarşısında məğlubiyyətə uğrayacaqları zaman hər şeyi deməli olacaqlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə