Ermənistanın “S-400” qorxusu

Rusiya ilə Türkiyə arasında əldə olunacaq razılığıa əsasən Anakaraya satılacaq “S-400” raketləri Ermənistanda böyük səs-küyə səbəb olub. İşğalçı Moskvanın bu gedişindən narahat olmaqla yanaşı silahların harada yerləşdirilməsindən ehtiyyat edir. İrəvan Kremlin addımını xəyanət kimi qiymətləndirməklə bərabər raket komplekslərinin Naxçıvanla Ermənistan arasındakı Türkiyə sərhəddə quraşdırıla biləcəyini irəli sürür, Bakının istənilən an bu raketlərdən işğalçıya qarşı istifadə edəcəyini iddia edir.

Erməni siyasi analitikləri Türkiyə ilə Rusiyanın silah mübadiləsinin bir başa Serj Sarkisyan və komandasının tam məğlubiyyəti kimi əsaslandırıb. Hər bir halda işğaçlı ölkənin siyasətlə məşğul olan kəsiminin iddialarında müəyyən həqiqətlər mövcuddur. Söhbət Anaka ilə Moskva arasında uzun illər sonra buzaların nəzərə çarpacaq dərəcədə əriməsindən gedir. Reallıq ondan ibarətdir ki, yaxın 10-il ərazində Moskva və Ankaranın maraqları indiki qədər üst-üstə düşməmişdi. Bircə faktı vurğlulamaq kifayyət edir. Şimal qonşumuz ən yaxın müttəfiqimizə “S-400” raketlərini heç bir şərt irəli sürmədən verməyə hazırdır. Əgər NATO Türkiyəyə bu tip silahları vermək istəmirdisə və ya Ermənistanla Yunanıstan sərhəddində yerəşdiriməyəcək şərtini irəli sürürdüsə Moskva heç bir tələb irəli sürməyib. Görünür İrəvanın həyacanı məhz bundan qaynaqlanır. Üstəik bu fakt ondan xənər verir ki, İrəvan bölgədə siyasi çəkiyə malik deyil, Moskvanın xarici siyasət kursunda işğalçının maraqları nəzərə alınmır. Bu da başa düşüləndi. Axı Rusiyanın Ermənistanla məsləhətləşməsi sadəcə absurtdur. Ermənistan Rusiya üçün ancaq plastdarmn rolunu oynayır. Əvəzində Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafı Rusiyanın bölgədə siyasi nüfuzunun daha da artması deməkdir. Bakı və Ankara Moskva ilə hər zaman strateji müttəfiqiyə önəm verib, Kremlin də bu əməkdaşlıqdan geosiyasi baxımdan mühüm dvidentlər ədə etmək imkanı yaranır. İndiki vəziyyətdə Rusiya üçün bu xüsusi ilə lazımdır. Getdikcə NATO-dan uzaqlaşan bir Türkiyə, Cənubi Qafqazın əsas döyünən ürəyi olan Azərbaycan son nəticədə Rusiyanın regionda daha da güclü edə bilər. Aydındır ki, Moskva Bakı və Ankaranın tam dəstəyini ala bilməsə bölgədə çətin öz maraqlarını irəli aparsın.

Bu müsətəvidə Ermənistan yuxarıda da qeyd edildiyi kimi şahmat taxtasının sadəcə “peşkasıdır”. Yəni Ermənistanın kənarda qalması, böyük güclərlə rəqabətə girə bilməməsi Rusiya üçün o qədər də əhəmiyyə daşımır. Bu gün işğalçı yerləşdiyi çoğrafi məkanın siyasi axarına təsir imkanını çoxdan itirib. Güman ki, “S-400” lər Rusiya Türkiyə arasında ilkin başlanğıc olacaq. Böyük ehtimalla Moskva Bakı ilə olduğu kimi Ankara ilə də silah alqı-satqısını genişləndirsin. Son nəticədə hər üç ölkə xarici siyasətini özü müəyyənəşdirən dövlətlər siyahısındadır.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə