Sadettin Kalkan: “TürkPA-nın yaradılması bütün türk dünyasının birliyinin əsasını qoyub” - MÜNASİBƏT
Bakıda səfərdə olan Türkiyə və Qazaxıstan parlamentləri aparatlarının rəhbərləri sentyabrın bu gün Milli Məclisdə olub. SİA-nın verdiyi xəbərə görə, qonaqlar parlamentin binasındakı Heydər Əliyev Xatirə zalına, eləcə də iclas zalına baxıb, yeni inzibati bina ilə tanış olublar. Sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevlə görüş olub. Qonaqları səmimiyyətlə salamlayan Səfa Mirzəyev deyib ki, biz vaxtilə türkdilli ölkələrin birliyini arzulayırdıq ki, artıq bu birlik reallığa çevrilib. Onun sözlərinə görə, TürkPA-nın yaranması bunun bariz təcəssümüdür.
S.Mirzəyev bildirib ki, biz TürkPA çərçivəsində əməkdaşlığı genişləndirməklə yanaşı, ikitərəfli əlaqələri də inkişaf etdirir, daha da möhkəmləndiririk. O vurğulayıb ki, bu yaxınlarda Azərbaycan parlamenti aparatının nümayəndə heyəti Türkiyədə səfərdə olub, Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyəti ilə yaxından tanış olub, təcrübə keçiblər. Yaxın günlərdə TBMM aparatının nümayəndə heyəti Bakıya səfər edəcəyini dilə gətirən aparat rəhbəri söyləyib ki, biz bu cür səfərlərlə gözəl ənənənin əsasını qoyuruq. Onun fikrincə, ölkələr arasında təcrübə mübadiləsinin aparılması, əldə olunmuş təcrübənin bölünməsi bütün tərəflər üçün faydalıdır.
S.Mirzəyev TürkPA-ya üzv dövlətlərin parlament aparatları rəhbərlərinin görüşünün bu beynəlxalq təşkilat çərçivəsində, həm də ikitərəfli parlamentlərarası münasibətlərin genişlədirilməsində mühüm rol oynadığını bildirib. O deyib ki, görüşdə TürkPA-nın fəaliyyəti, gələcək planları və digər məsələlər müzakirə olunacaq: "İnanıram ki, Görüşümüz TürkPA-nın fəaliyyəti ilə bağlı məsələlərin dəqiqləşdirilməsinə, ikitərəfli parlamentlərarası əlaqələrin inkişafına, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcək.
Görüş üçün təşəkkürünü bildirən TBMM aparatının baş katibi Sadettin Kalkan deyib ki, türk dünyasının böyük liderlərindən biri- Heydər Əliyevin qurduğu Azərbaycana gəlmək hər zaman xoşdur. Türkdilli ölkələrin birliyindən danışan S.Kalkan bildirib ki, TürkPA-nın yaradılması bütün türk dünyasının birliyinin əsasını qoyub: "Birliyimizin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün bütün ölkələr birgə çalışmalı, səylərini artırmalıdırlar. İnanırıq ki, bu görüşümüz birliyimizin möhkəmlənməsinə öz töhfəsini verəcək".
Qazaxıstan Senatı aparatı rəhbərinin müavini Berik Arın da TürkPA-nın təkcə üzv dövlətlər arasında deyil, bütün türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildiib. O deyib ki, bu cür görüşlər bir sıra problemlərin həlli və münasibətlərin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Görüşdə, həmçinin TürkPA-ya üzv dövlətlərin parlamentləri arasında əlaqələrin inkişafı, TürkPA-nın gələn ilin martında Qazaxıstanda keçiriləcək sammitinə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə TürkPA-nın baş katibi Ramil Həsənov və onun Türkiyədən və Qazaxıstandan olan müavinləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB