BAXCP rəsmisi: “Əli Kərimlidən pul alıb Elçibəyi tənqid edən Xədicə İsmayıl ev alan jurnalistlərə lağ edir"
"Bu gün 255 jurnalistə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mənzil hədiyyə edildi. 3 il bundan öncə də 155 jurnalist ailəsi evlə təmin edilmişdi. 410 ailəyə dövlət rəhbəri tərəfindən mənzil hədiyyə edilməsi, çox böyük hadisədir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, həmçinin də bu gün Prezident tərəfindən növbəti binanın tikilməsinin təməli qoyuldu: "Dünəndən öz sevinc hisslərini bölüşən jurnalistlərin kimlikləri ilə tanış oldum. Demək olarki ölkənin tanınmış media nümayəndələri idi. Əksəriyyəti də mənzilləri olmayan və kirayədə qalan jurnalistlər idi. Onların necə sevinc içində olduqlarını şahidi olduq. 410 ailənin ailə üzvülərini yaxın qohumlarını hesablasaq minlərə insanı Prezident sevindirdi. Dünyanın heç bir yerində belə bir aksiya olmayıb. İlk dəfə Azərbaycanda bu cür addım atıldı. Məncə, dünyanın özünə bir mesaj oldu ki, 4-cü hakmiyyətin nümayəndələrinin qayğısını çəkmək lazımdır. Bütün bunlarla yanaşı bu addıma kölkə salmaq istəyən və ev alan jurnalistlərə lağ edən insanlar da tapıldı. Vaxti ilə Əli Kərimlidən pul alıb Əbülfəz Elçibəyi təhqir edən Xədicə İsmayıl mənzil alan jurnalistlərə ikrahla yanaşdığını, lağ etdiyini gizlətmədi. 5-10 manata görə Əli Kərimiyə mirzəlik edən bir adam görün özünü necə aparır. Hər halda tarix heç zaman heç kimi unutmur. Ev alan media işçilərini bir daha təbrik edirəm. Onlara fəaliyyətin də uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB