Əfqanıstan xalqı bu gün parlament seçkiləri üçün məntəqələrə üz tutub, lakin ölkədəki seçki mərkəzlərinin bir neçəsi raket zərbələrinə məruz qalıb. SİA-nın məlumatına görə, rəsmilər yerli vaxtla saat 07:00-da başlayan seçkinin ilk saatlarındakı hücumlarda 2 adamın öldüyünü açıqlayıblar.
Şərqi Xost əyalətindəki bir seçki mərkəzində baş verən partlayışda isə 2 əfqan müşahidəçinin yaralandığı bildirilib.
Xalqın ölkədə təşkil edilən silsilə terro aktından sonra səsvermədə iştirak etməkdə tərəddüd yaşadığı qeyd olunur. Hücumlardan biri paytaxt Kabildə, ABŞ Səfirliyi və NATO qüvvələrinin qərargahı yaxınlığında baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB