ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bölgəyə səfəri gözlənilir
ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Kristian Viqenin sentyabrda bölgəyə səfəri gözlənilir. SİA-nın məlumatına görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib.
B. Muradovanın sözlərinə görə, qarşıdakı müddətdə bu səfərin reallaşması üçün uyğun tarix seçiləcək: "ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi bölgəyə səfəri zamanı hər 3 ölkəyə səfər edəcək. "ATƏT PA-nın Minskdə keçirilən iclası zamanı ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi bölgənin hər Cənubi Qafqazın hər 3 ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyəti ilə ayrı-ayrılıqda görüşüb. İnsidentlə bağlı geniş fikir mübadiləsi aparıldı. Onun sentyabırda bölgəyə gözlənilən səfəri və bu səfərin proqramı, ora daxil ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Ayrı-ayrı görüşlərdən sonra 3 ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirildi. İşçi qaydasında keçirilən görüşdə hər tərəfdə bu səfərlə bağlı öz mövqeyini bildirdi. Görüşdə tərəflər bu səfərin vacib olduğunu və belə səfərlərin daha tez-tez keçirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB