Azay Quliyev: "ATƏT-PA sessiyada Dağlıq Qarabağla bağlı məsələdə öz missiyasını yerinə yetirə bildi"
“Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclasarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirir və onunla bağlı çağırışlar edir. Budəfəki sessiyada da Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsi açıq şəkildə gündəmə gətirildi”. SİA-nın xəbərinə görə, bu fikirləri ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Azay Quliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyətinin sessiyada Dağlıq Qarabağla ilk çağırışı münaqişənin ilk növbədə Azərbaycanın ərazi bütövlüyü suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması ilə bağlı idi: "İkinci çağırış Helsinki yekun aktının bu prinsip əsasında qəbul edilməsi, üçüncü isə Ermənistanın bu gün sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə ATƏT PA-nın açıq şəkildə qiymət verməsi idi. Bildirildi ki, heç bir halda, öz müqəddaratını təyin etmə ölkələrin ərazi bütövlüyü hesabına edilə bilməz, ölkələrin sərhədlərinin toxunulmazlığı, suverenliyi zədələnə bilməz".
A. Quliyev bildirib ki, ATƏT-PA-nın yay sessiyasında həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyəti də tənqid olunub: "Onların nəticəsiz fəaliyyəti ilə bağlı təəssüflər ifadə edildi və bu gün danışıqlardan yayınan Ermənistanın qısa müddət ərzində danışıqlar, ən əsasda nəticəyə söykənən danışıqlara gəlməsi ilə bağlı fikirlər səsləndirildi. Bir sözlə desək. sessiyada Dağlıq Qarabağla bağlı bütün parametrlər, o cümlədən də qaçqın və məcburi köçkünlərin geri qayıtması ilə bağlı çağırışlar səsləndi. Hesab edirəm ki ATƏT-PA bu sessiyada Dağlıq Qarabağla məsələdə bağlı öz missiyasını yerinə yetirə bildi. Əminik ki, ATƏT PA-nın bu mövqeyinin gələcəkdə də davam edəcəyinin şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə