“Jurnalistlər Sülh Uğrunda” İctimai Birliyi fəaliyyətə başladı

“Jurnalistlər Sülh Uğrunda” İctimai Birliyi fəaliyyətə başladı
"Jurnalistlər Sülh Uğrunda" İctimai Birliyi yaranıb. Bu barədə SİA-ya qurumun rəhbəri Mətləb Salahov məlumat verib. Məlumata görə, ictimai birliyin əsas məqsədi sülhə və inkişafa mətbuatın dəstəyini genişləndirmək, medianın inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirmək, habelə təhsil, ekologiya, mədəniyyət, idman və digər sahələrin  inkişafına informasiya dəstəyini artırmaqdır. Xüsusilə  cəmiyyətin diqqətini ən qlobal  ekoloji məsələlərin həll olunmasına yönəltməyi planlaşdıranm qurum media sahəsində yeni texnologiyaların öyrənilməsi və xarici  KİV-lərlə təcrübə mübadilələrinin aparılmasına önəm verəcək.
M.Salahov bildirib ki, bu, həm təcrübə baxımından, həm də yeni KİV texnologiyalarını öyrənmək baxımından çox önəmlidir. "Bundan başqa, xarici ölkələrin tarixinə, qədim və zəngin mədəniyyətinə, müasir inkişafına dair ardıcıl ictimai informasiya sərgilərinin keçirilməsi də planlarımıza daxildir. Biz həm ölkəmiizi təbliğ edir, həm də insanlarımızın xarici ölkələrin mədəniyyətini və tarixini yaxından bilmələri, qlobal inkişaf proseslərindən baş çıxarmaları və bu proseslərə inteqrasiya olunmaları üçün  proqramları reallaşdıracağıq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə