Almaniyada yaşayan soydaşlarımız Berlində etiraz aksiyası keçirəcək
Almaniyada yaşayan soydaşlarımız Berlində etiraz aksiyası keçirəcək Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatı nəticəsində dinc sakinlər Sahibə Quliyev və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanmasına etiraz olaraq Almaniyada yaşayan soydaşlarımız Berlində aksiya keçirəcək.
SİA-nın verdiyi məlumata görə, aksiya iyulun 8-də saat 14.00-da Berlində, Brandenburq qapılarının qarşısında baş tutacaq. Mitinqdə Berlində və digər şəhərlərdə yaşayan soydaşlarımız, diaspor təşkilatlarının təmsilçiləri, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşilikləriniə yönəlmək məqsədilə müxtəlif şüarlar səsləndirəcək, sonda Almaniyanın rəsmi qurumlarına müraciət qəbul edəcəklər.
Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə