"İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq qeyri-hökumət təşkilatları Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı görəsən niyə ağızlarını açıb, bir söz demirlər, nə səbəbə susurlar? Qəribədir, deyilmi?”. SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov özünün "facebook" səhifəsində yazıb.
“Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma əfsuslar” - deyə, N.Məmmədov bildirib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə