Arzu Rəhimov nümayəndə heyətini qəbul edib

Arzu Rəhimov nümayəndə heyətini qəbul edib

Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olublar. SİA-nın verdiyi məlumata görə, səfər zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov ilə görüş keçirilib. Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişaf istiqamətlərində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilmiş və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Qarabağ müharibəsi zamanı əlil olmuş vətəndaşlarımızın qardaş Türkiyə Respublikasında müalicə olunmaları, onlara yaxından göstərilən qayğı və dəstəyə görə Türkiyəli qonaqlara dərin təşəkkür bildirilib.

Görüşün sonunda hər iki Təşkilatın sədri Azərbaycan Respublikasında səfərdə olmalarından məmnunluq hissi keçirdiklərini bildirmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə minnətdarlıqlarını bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə