“ATƏT-in Minsk Qrupu həmsədrlərinin sonuncu səfəri də əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Eyni yorucu və mənasız sözlər, eyni fikirlər və konkretikadan, real nəticəyə gətirib çıxarmayan ümumi sözlər. Onlar özləri də gözəl anlayırlar ki, Azərbaycan tərəfi bu üçlüyün fəaliyyətindən həddindən çox narazıdır”. Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, son vaxtlar ən müxtəlif səviyyələrdə ölkə rəsmilərinin səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, bir müddətdən sonra bunlar faktiki işsiz qala biləcəklər. Çünki, onların imitasiya etdikləri fəaliyyət daha çox Ermənistanın və bu üçlüyə daxil olan ölkələrin maraqlarına cavab verir. Sözsüz ki, biz belə vəziyyətlə bundan sonra da bir bu qədər barışmaq fikrindən uzağıq. Ona görə də, şəxsən mənim üçün ATƏT-in Minsk qrupunun yaxın zamanlarda demək olar ki, heç bir perspektivi görünmür. Bu adamlar özlərinə çox yaxşı iş yeri tapıblar və bu illər ərzində milyonlarla vəsait xərcləyiblər və ortalığa da heç bir nəticə qoya bilməyiblər. Belə gedişlə də heç qoya bilməyəcəklər. Bunlar əsas məsələni kənara qoyub mənasız məsələləri müzakirə edir, ona hansısa bəyanat və ya söz yığnağı ifadə etməklə işlərini bitmiş hesab edirlər.
Ü.Cəfərov əlavə edib ki, münaqişənin kökündən həlli istiqamətində isə bunların hansısa real işləm mexanizmləri yoxdur və bu biveclər guya hələ də nəyisə axtarırlar: “20 ildən artıqdır ki, onlar ancaq və ancaq regiona gəlib-getmək və heç bir ciddi əhəmiyyət kəsb etməyən monitorinqlər, görüşlər təşkil etməklə özlərini az qala "qəhrəman" kimi təqdim etməyə cəhdlər edirlər. Bu illər ərzində məhz onların səriştəsizliyi və erməni maraqlarına daha çox xidmət etdikləri hamımıza gün kimi aydındır. İndi bu ay bunlar iki ölkənin xarici işlər nazirlərinin görüşünə qatılacaq və yenə bir bəyanat səsləndirəcəklər və bununla da yay tətillərinə gedəcəklər. Cəbhədə isə ermənilərinin havadarları vasitəsiylə təxribatları davam etməkdədir. Azərbaycan Silahlı Qüvvələri də düşmənin hərəkətlərini cavabsız buraxmır və son günlər onların aldıqları sarsıdıcı zərbələri təkrarlamağa isə məncə ehtiyac yoxdur. Öz ağılsızlıqlarından həm canlı qüvvələri, həm də döyüş texnikaları sıradan çıxarılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB