Politoloq qaçqın və məcburi köçkünlərdən danışdı AÇIQLAMA

Politoloq qaçqın və məcburi köçkünlərdən danışdı AÇIQLAMA

“Dünyada qaçqın məsələsi illərdir ki, müzakirə olunmur və diqqətə alınmırdı. Ancaq son illər Yaxın Şərqdən və bəzi ərəb dövlətlərindən Avropaya insanların qaçqın kimi axın etməsi və sığınacaqlar istəməsi Qərbə və demək olar ki, dünyaya qaçqın probleminin nə olduğunu yada salmış oldu”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, böyük və inkişaf etmiş ölkələri ilə diqqətləri cəlb edən Avropa qitəsi bir milyon qaçqının qarşısında aciz durumda qalıb: “Ancaq 90-cı illərdə Azərbaycan tək başına bir milyon qaçqın və məcburi köçkünü qəbul edib və bu gün onlar ən yüksək səviyyədə yaşayış evləri və iş həyatları ilə təmin olunub. Təsəvvür edin, bütün bunları bir ölkə özüdə hansı durumdan çıxmış bir dövlət tək başına edib ancaq Avropanın inkişaf etmiş ölkələri isə bir milyon qaçqının yerləşdirilməsində çətinlik çəkir. O zaman və hazırda da Azərbaycanın haqlı durumlarını ya anlamaq istəmirlər ya da ki anlamırlar. Bu da onu göstərir ki, hələ də dünyada ikili standartlar mövcuddur və Beynəlxalq Hüquq normalarına hələ də əməl olunmur, işğalçı Ermənistan respublikasına lazımi təzyiqlər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunmur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə