Türkdilli ölkələrin liderlərinin sammitinə start verilib

Türkdilli ölkələrin liderlərinin sammitinə start verilib
İstambulda keçirilən Türkdilli ölkələrin liderlərinin sammitinə start verilib. SİA-nın məlumatına görə, sammitdə iştirak edən 6 ölkənin 5-i ölkə başcısı səviyyəsində təmsil olunacaq. Bura Türkiyə, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Qırğızıstan daxildir. Özbəkistan prezident səviyyəsində deyil, nümayəndə heyəti ilə təmsil olunacaq. Görüş zamanı türkdilli ölkələrin İşgüzar Şurasının yaradılması ilə bağlı müzakirələr aparılacaq. Razılaşmaya əsasən, dövlət başçılarının, xarici işlər nazirlərinin şuraları, yüksək rəsmilərin komitəsi, ağsaqqallar şurası və katiblik yaradılacaq. Katibliyin bazası İstambulda yerləşəcək və onun üçün tarixi bina ayrılacaq.

Qırğızıstanın prezidenti Roza Otunbayeva sammitdə iştirak etmək üçün İstambula səfər edib. Biznes forumda iştirak etmək üçün 15 Qırğızıstan nümayəndə heyəti də Türkiyə prezidenti ilə birgə səfər edib. Sammit öz işini sentyabrın 16-da yekunlaşdıracaq.

Qeyd edək ki, türkdilli ölkələrin liderlərinin ilk sammiti 1992-ci ildə Ankarada keçirilib. Sonuncu yüksək səviyyəli görüş 2009-cu ildə Naxçıvanda keçirilib. Həmin görüş zamanım ölkələr arasında işgüzar əməkdaşlıq şurasının yaradılması ilə bağlı razılaşma əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə