Rufiz Qonaqov: “Ermənistandakı cinayətkar rejim işğal planından əl çəkmir”
“Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri illərdir davam edir”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiq Qonaqov "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövsuzunda beynəlxalq ictimai forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, dinc qonşuluq prinsipinə hörmət etməsinə rəğmən Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir. Ermənistanın bu siyasəti illərdir davam edir və nəinki Azərbaycan üçün, eləcə də bütün region üçün ciddi təhlükəyə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistana, onun rəhbərlərinə xəbərdarlıq edb ki, Azərbaycan bu işğalla barışmayacaq və torpaqlarımız azad ediləcək. Artıq Ermənistan dərk etməlidir ki, bu çağırışa əməl etməklə öz təhlükəsizliyini təmin etmiş olacaq. Əks təqdirdə Azərbaycan öz torpaqlarını azad etmək hüququna malikdir və bu yaxın zamanlarda baş verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB