Fransanın paytaxtı Parisdə olan Eyfel qülləsi və ətrafı bomba qoyulması ilə bağlı məlumatdan sonra boşaldılıb. SİA-nın məlumatına görə, bir polis rəsmisi təxminən 25 min adamın olduğu Eyfel qülləsi və ətrafındakı yaşıllıq ərazi "Champ-de Mars"ın xəbərdən sonra boşaldıldığını deyib.
Adının açıqlanmasını istəməyən polis rəsmisi, xəbər təsdiqini tapmasa da turistlərin Sena çayının ətrafında toplandığını və bölgədə ciddi təhlükəsizlik tədbirlərinin alındığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB