Myanma İttifaqı Respublikasının Prezidenti İham Əliyevi təbrik edib

Myanma İttifaqı Respublikasının Prezidenti İham Əliyevi təbrik edib

Myanma İttifaqı Respublikasının Prezidenti Thin Cjo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Myanma xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi, ölkənizə davamlı inkişaf və tərəqqi arzularımızı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və əməkdaşlıq birgə səylərimizlə gələcəkdə daha da intensivləşəcək.

Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin.

Bütün xəbərlər Facebook səhifəmizdə