Ermənistan tərəfi rəsmi açıqladığı kimi, üç hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha iki əsgərini - Myasnik Ovanisyanı və Vardan Harutyunyanı da itirib. Beləliklə, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.
SİA-nın məlumatına görə, bu barədə dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı yayılan məlumatla əlaqədar sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildiriblər.
“Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib. Ermənistan həmişə olduğu kimi, ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB