Sentyabrın 9-dan yağan aramsız yağışlar Astara, Lənkəran və Lerik rayonlarına ciddi ziyan vurub. Bu gün ən çox narahat doğuran problem isə Lerik-Lənkəran magistral yolunda yaranıb. Bu barədə SİA-nın cənub bürosuna Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.
Onun sözlərinə görə, sel Lənkəran-Lerik yoluna ciddi ziyan vurub. Burada hərəkət bərpa olunsa da, təhlükə hələ də tam sovuşmayıb. Çünki yolun 23, 29 və 30-cu kilometrliyində yolun alt hissəsi sürüşməyə məruz qalıb. Bu səbəbdən yolun gələcəkdə tamamilə bağlanma təhlükəsi yaranıb. Həmçinin güclü sel nəticəsində yol boyu 50-dən çox rabitə dirəyi, xeyli sayda ağac kökündən çıxaraq aşıb.
Hazırda Lerik rayonunun təmir briqadaları Lənkəran-Lerik magistral yolunda bərpa işləri ilə məşğuldurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB