ABŞ prezidenti Barak Obama Pamazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

ABŞ prezidenti Barak Obama Pamazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
SİA-nın president.az saytına istinadən verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamadan Azərbaycan Prezidentinin poçtuna məktub daxil olub. Dövlət başçısı İlham Əliyevin timsalında bütün Azərbaycan xalqını Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edən B.Obama ən xoş arzularını çatdırıb: "Ümid edirəm ki, başa çatan müqəddəs Ramazan ayı ailənizə və əzizlərinizə mərhəmət duyğuları və sevinc dolu anlar bəxş edib. Gələcək illərdə Sizə və xalqınıza sülh, cansağlığı və rifah arzulayıram. Ramazan bayramınız mübarək".

Bütün xəbərlər Facebook səhifəmizdə