Qaxda müəllimlərin sentyabr konfransı keçirilib

Qaxda müəllimlərin sentyabr konfransı keçirilib

Qax rayonunda müəllimlərin sentyabr konfransı keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə təhsil nazirinin müavini İradə Hüseynova, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev iştirak edib.

Tədbirdə ilk öncə rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev çıxış edərək ötən dərs ilinin nəticələrilə bağlı hesabat verib. Qeyd olunub ki, bu ilki məzunlardan 375-i ali məktəbə qəbul olmaq üçün sənəd verib, 140-ı ilk turda tələbə adını qazanıb. Onlardan 11-i 600-dən çox, 35-i isə 500-700 arası bal toplayıb. Rayondakı 5 saylı orta məktəb "İlin məktəbi" müsabiqəsinin qalibi olub. Şöbə müdiri uğurlarla yanaşı, bu sahədə olan problemlərdən də danışıb.

Tədbirdə rayon Şahmat Məktəbinin müəllimi Əsəd Balacayev çıxış edərək çalışdığı təhsil müəssisəsinin uğurlarından söhbət açıb.

Daha sonra 2 saylı məktəbin müəllimi Ayna Asəfova çıxış edərək "Milli kurikulumun" müsbət tərəflərindən bəhs edib.

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevə təhsilə dövlət qayğısından, gənc nəsilə yaradılan hərtərəfli şəraitdən söz açıb.

Təhsil nazirinin müavini İradə Hüseynova qarşıdan gələn bilik günü münasibətilə rayonun təhsil işçilərini təbrik edib. Nazir müavini Qax təhsilinin uğurlarına sevindiyini deyib.

Tədbir Qax rayon təhsil işçilərinin Azərbaycan Respublikası Prezidentinə ünvanladığı Müraciətin oxunması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə