Ölkənin qərb bölgəsində qaz cihazlarının keyfiyyətinə nəzarət güləndiriləcək

Ölkənin qərb bölgəsində qaz cihazlarının keyfiyyətinə nəzarət güləndiriləcək

Payız və qış mövsümünün gəlişi ilə əlaqədar ölkənin qərb bölgəsində satılan qaz cihazlarının keyfiyyətinə nəzarət gücləndiriləcək. Bu barədə SİA-nın bölgə müxbirinə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəis müavini Qasım Hüseynov məlumat verib.

Onun sözlərinə əsasən monitorinqlər qızdırıcı cihazların satıldığı mağazalarda aparılacaq: "Yoxlamalarda cihazların sertifikatları və digər normativ sənədləri araşdırılacaq. İlkin olaraq Gəncə şəhərindən başlanılacaq yoxlamalar ölkənin digər regionlarında da davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə