Orta məktəbdə fərqlənən şagirdlərə veriləcək medallar xarici ölkələrdən birində hazırlanacaq
Orta məktəbdə fərqlənən şagirdlərə qızıl və ya gümüş medalların verilməsi növbəti dərs ilindən reallaşacaq. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, artıq medalların layihəsi, normativ hüququ bazasının yaradılması istiqamətində ciddi iş gedir. Medallar xarici ölkələrdən birində hazırlanacaq. Namizədliyi veriləcək 11-ci sinif şagirdlərinin siyahısını yerli təhsil qurumları mayın 20-dək Təhsil Nazirliyinə təqdim edəcək.
Qızıl və ya gümüş medala iddiaçı şagirdlərin siyahısı sinif rəhbərlərinin təqdimatı əsasında hazırlanacaq. Daha sonra məsələyə məktəbin Pedaqoji Şurasında baxılacaq və müvafiq qərar qəbul olunacaq. Qızıl və ya gümüş medala layiq görülən şagirdlərin ali məktəblərə qəbul zamanı heç bir əlavə güzəşt nəzərdə tutulmur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB