Əli Həsənov yanğın baş verən əraziyə baş çəkib

Əli Həsənov yanğın baş verən əraziyə baş çəkib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar olaraq məcburi köçkünlərlə görüşüb.

SİA-nın verdiyi məlumata görə, Ə.Həsənov vəziyyətlə tanış olub, müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, Bakının Yasamal rayonu, Şərifzadə küçəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə