Rəcəb Tayyib Ərdoğandan milli komandaya milyonluq mükafat

Türkiyənin milli komandası basketbol üzrə dünya çempionatının finalına yüksəlib. SİA-nın məlumatına görə, Türkiyədə keçirilən dünya birinciliyində güclü rəqiblərini inamla məğlubiyyətə uğradan türk basketbolçuları yarımfinal qarşılaşmasında Avropanın ən nüfuzlu komandalarından sayılan Serbiya yığmasına qalib gəlib.

 

Türkiyə prezidenti Abdullah Gülün də izlədiyi, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüş Türkiyə millisinin 83:82 hesablı qələbəsi ilə başa çatıb.

 

"12 Div Adamın" 2010 Dünya Basketbol Çempionatındakı müvəffəqiyyəti siyasətçiləri də məmnun edib. Baş nazir Rəcəb Tayyib Ərdoğandan "Böyük" mükafat müjdəsi gəlib. Ərdoğan milli komanda üzvlərinin hər birinə 1.5 milyon lirə ( 7 yüz min manat) mükafat veriləcəyini açıqlayıb.

 

Artıq dünya çempionu titulunun bir addımlığında olan Türkiyə basketbolçuları finalda ABŞ millisi ilə qarşılaşacaqlar. Baş nazir ABŞ üzərində qələbə qazanılacağı təqdirdə daha böyük mükafat vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə