Avropanın Osmanlı qorxsu Türkiyə təklənir?

Avropanın Osmanlı qorxsu Türkiyə təklənir?

Almaniya Xarici Işlər naziri Ziqmar Qabriyelinin qardaş ölkəyə səfəri Avropanın Türkiyə siyasətinin əsas məqsədini bir daha göstərdi. İncirlik hərbi bazasına alman deputatların buraxılmaması ilə gərginləşən münasibətlər fonunda Almaniya xarici işlər nazirinin Ankaradakı açıqlamaları Avropanın Türkiyəyə təzyiq etməyə çalışdığını nümayiş etdiridi. Hər bir halda Ziqmar Qabriyel Türkiyə təmaslarından əliboş dönməli olub. Bir daha anlaşıldı ki, Ərdoğan höküməti hər hansı bürokratik təzyiqlərə boyun əyməyəcək gücdədir.

İncirlikdən hansı hədəflər vurulur?

Ankara çox dəqiq şəkildə bildiridi ki, Türkiyədəki hərbi bazadan qalxan alman qırıcılarının vurduğu hədəflər bir başa Bağdaddakı silahların daha rahat şəkildə kürtlərin əlinə düşməsinə imkan yaradır. Və bunu sübut edən kifayət qədər dəlillər var. Bu da Türkiyədə ciddi narahatlıq doğurur. İndi Ankara Berlindən hesabat tələb edir.

PKK və FETO tərəfdaşlarının Almaniya sığınacağı

Türkiyənin digər narahatlığı isə PKK və FETO terror şəbəkəsinə Almaniyada yaradılan gizli imkanlardır. Mevlut Çavuşoğlunun Ziqmar Qabriyelə təqdim etydiyi faktlar Berlinin anti-türk siyasətinə işarə edir. Almaniyada PKK terror təşkilatı üçün küllü miqdarda maddi vəsaitlər topplanır, Türkiyəyə qarşı savaşmaq istəyən şəxslər PKK-nın tərkibinə məhz bu ölkəyə gələr qoşulur. Almaniya höküməti sözdə 4500 PKK terroçusuna qarşı cinayət işi açsa da hüquqi ittihamların heç biri rəsmi qərara bağlanmayıb. PKK siyasətinin bənzəri FETO terror şəbəkəsi üçün də reallaşdırılmaqdadır. Bu şəbəkə ilə əlaqəsi olan terrorçuların əksəriyyətinə Almaniyada sığınacaqlar verilib. Üstəlik Berlin bunları açıq şəkildə həyata keçirməkdədir. Qısası türklərə düşmən olan hər kəsə Almaniya da yaşamaq imkanı yaradılır.

Uğursuz hərbi çevrlişə Alman yanaşması

Ümumiyyətlə, Türkiyə Almaniya münasiblətərinin gərginəşməsinin başlıca səbəblərindən biri də Türkiyədə baş verən uğursuz hərbi çevriliş cəhdidir. Daha doğrsu bu hadisələr zamanı və sonrasında Berlinin siyasi tutumu xüsusi ilə qeyd edilməlidir. Hərbi çevrilişə cəhd zamanı Almaniyanın heç bir reaksiya verməməsi maraq doğuran amillərin başında dayanır. Hadisələr zamanı Almaniya dolayısı ilə demokratik yolla seçilən höküməti dəstəkləmir, bu gün isə çevrilişdə iştirak edən həbirçilərin müdafiəsinə qalxır və Türkiyədən dəlil istəyir.

İndi Almaniya parlamentində NATO-nun tərkibində İncirlikdə xidmət aparan 280 alman əsgərin və 10 min tona yaxın hərbi avadanlıqların Türkiyədən çıxarılması müzakirə ediləcək. Əgər parlamentin qərarı "hə" olarsa, Amaniya İncirlik hərbi bazasını tərk edəcək. Əslində baş verənlər Avropanın Türkiyəni parçalamaq siyasətinin tərkib hissəsidir. Hələ də "qoca" qitədə Osmanlı gücünün unuldumadığı aydın sezilir. Regiondakı güc dəngələrini hər mənada dəyişə biləcək Ankaranın zəiflədilməsi və zərərsizəşdirilməsi Avropanın əsas strategiyası olaraq hər zaman qalacaq.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə