"Trampın məktubları Azərbaycanın dünya siyasətində əldə etdiyi uğurlardan xəbər verir" MÖVQE
"ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları Azərbaycan Prezidentinin uzun illər apardığı siyasətin nəticəsidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, ABŞ prezidentinin mesajları onun iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir: "Məktubda yazılanlardan məlum olur ki, Azərbaycanı dəyərli tərəfdaşı hesab edən Tramp ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini arzu edir. Onun Azərbaycan Prezidentinin ölkə iqtisadiyyatının inkişafı naminə gördüyü işləri dəstəkləməsi, eləcə də iki ölkə arasında yeni əlaqələrinin qurulmasına maraq göstərməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir".
E. Məmmədov əlavə edib ki, ABŞ prezidentinin həm 28 May - Respublika Günü, həm də XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları Azərbaycanın dünya siyasətində əldə etdiyi uğurlardan xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB