Yardımlıda bu il ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə görüşü keçirilib

Yardımlıda bu il ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə görüşü keçirilib

Yardımlı Rayon İcra Hakimiyyətində (RİH) bu il ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə görüşü keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Azər Əkbərov açaraq ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələri təbrik etmiş və onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Sonra Rayon Təhsil şöbəsinin müdir müavini Vəli Nağıyev çıxış edərək 2009-2010-cu illər tədris ilinin yekunları ilə bağlı məlumat verib. Bildirib ki, bu il rayon üzrə orta məktəbi 812 nəfər şagird bitirib. Bunlardan 252 nəfər sənədlərini qəbul olunmaq üçün ali təhsil müəssisələrinə verib. Sənəd verən şagirdlərdən 47 nəfəri tələbə adına layiq görülüb. Bir nəfər 622 bal, yeddi nəfər isə 500-dən yuxarı bal toplayıb.

Tədbirin sonunda RİH başçısı Xəzər Aslanov çıxış edərək tələbələri təbrik edib, onlara ali təhsillərini uğurla başa vurub müstəqil dövlətimizə layiqli vətəndaşlar olmasını arzu edib.

Tədbirin sonunda tələbələrə mükafatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə