Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəsi pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 7-də saat 21.30-dan 22.10-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 20.40-dan 21.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.40-dan 21.05-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.10-dan 17.20-dək, 18.45-dən 19.00-dək, 21.55-dən 22.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən 19.00-dək, sentyabrın 8-də saat 00.30-dan 00.50-dək, və 05.20-dən 05.45-dək Ağdam rayonunun Qaraqaşlı, Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.20-dən 00.40-dək isə Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə