Tarixin bu günü və ya bu günün tarixi

- Florensiyada Santa-Mariya-del-Fyore kilsəsinin bünövrəsi qoyulub. Kilsə 140 il sonra, 1436-cı ildə tamamlanaraq xaç suyuna çəkilib. Bu memarlıq abidəsi Orta əsr və İntibah dövrü memarlığı arasında bir növ keçid mərhələsini simvolizə edib. (1296)
- Kulikovo döyüşü. Dmitri Donskoy rəhbərliyindəki rus qoşunları monqol-tatar qoşunlarını məğlubiyyətə uğradıblar (1380)
- Fernan Magellan (Fernão de Magalhães) tərəfindən başladılan ilk dünya səyahəti başa çatıb. Magellan özü yolda vəfat edib, onun 5 gəmisindən yalnız Huan Elkanonun (Juan Sebastián Elcano) rəhbərliyində "Viktoriya" gəmisi geriyə salamat qayıdıb, 237 nəfər heyət üzvündən cəmi 18-i sağ qalıb (1522)
- Sultan Süleyman Qanuninin rəhbərliyindəki Osmanlı ordusu Budapeşti fəth edib (1529)
- ABŞ-ın ən qədim universiteti-Harvard Universiteti yaradılıb (1636)
- Niderlandın Şimali Amerikadakı koloniyası Yeni Amsterdam ingilislər tərəfindən ələ keçirilib və sonradan Nyu-York adlandırılıb (1664)
- Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanıb (1862)
- 3М şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent-skotçu kəşf edib (1930)
- Bolqarıstanda keçirilən referendumun nəticəsinə əsasən monarxiya devrilib (1951)
- San-Fransiskoda Yaponiya və II Dünya müharibəsi müttəfiqləri arasında sülh müqaviləsi imzalanıb. SSRİ sənədi imzalamayıb (1946)
- Teatr tənqidçisi İlham Rəhimli anadan olub (1949)
- Tehranda şah rejimi əleyhinə nümayişlər iğtişaşlara səbəb olub. Hərbçilərin nümayişçilərə atəş açması nəticəsində 122 nəfər həlak olub, 2000 nəfər yaralanıb (1978)
- Ermənilər Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobusunu atəşə tutub. 13 nəfər ölüb, 76 nəfər yaralanıb (1991)
- Makedoniya müstəqillik əldə edib (1991)
- Bakıda Böyük İpək Yolunun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib (1998)
- Katoliklərdə Müqəddəs Məryəmin doğum günü
- Andorranın Milli günü
- Makedoniyanın Müstəqillik günü
- Beynəlxalq jurnalist həmrəyliyi günü - 1958-ci ildə Buxarestdə Jurnalistlərin 4-cü Beynəlxalq Konfransında təsis edilib
- BMT-nin beynəlxalq bilik günü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...