YAP-ın Sədr müavini Əli Əhmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib

YAP-ın Sədr müavini Əli Əhmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib

Sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə bu ilin noyabrın 7 – də keçiriləcək parlament seçkilərinə hazırlıq və seçkiqabağı ictimai – siyasi vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə