Deputatlarımız Londonda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çingiz Əsədullayev, Aydın Abbasov, Fuad Muradov və parlament Aparatının rəhbəri Səfa Mirzəyev Londonda səfərdədirlər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Böyük Britaniya parlamentində fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvləri, parlamentin deputatları, qanunvericilik orqanı katibliyinin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə seçki sistemi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, səfər sentyabrın 7-dək davam edəcək.
Qeyd edək ki, səfər sentyabrın 7-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB