Dövlət başçısı İlham Əliyev Pakistan prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev çoxsaylı insan tələfat ilə əlaqədar Pakistan dövlət başçısı Asif Əli Zərdariyə başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir: "Hörmətli cənab prezident, ölkənizdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır anlarda dərdinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".

Bütün xəbərlər Facebook səhifəmizdə