ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 7-də Azərbaycana səfər edəcəklər

ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 7-də Azərbaycana səfər edəcəklər

ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik sentyabrın 7-də Azərbaycana, 9-da isə İrəvana oradan da Xankəndinə səfər edəcəklər.

SİA-nın xəbərinə görə, səfərin məqsədi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülən Dağlıq Qarabağ və ətraf rayonlarda qeyri-qanuni məskunlaşma ilə bağlı fakt-araşdırıcı missiya yaradılması ilə bağlıdır.

Qeyd edək ki, həmin fakt-araşdırıcı missiyaya həmsədrlər də daxil olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə