Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri üçtərəfli münasibətləri müzakirə edəcəklər

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri üçtərəfli münasibətləri müzakirə edəcəklər

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Türkiyə-Azərbaycan sərhədinin kəsişən məntəqəsində görüşmələri planlaşdırlır. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə verdiyi açıqlamasında bildirib: "Görüşün əsas məqsədi üç dövlət arasında münasibətlərin daha da dərinləşməsinə töhvə verməkdir".

 

Qeyd edək ki, görüşün keçirilməsi üçün nəzərdə tutulan ərazidə Türkiyə ilə Azərbaycan arasında keçid məntəqəsi yerləşir. Hazırda isə İranla sərhəd keçid məntəqəsinin açılması istiqamətində danışıqlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə