4 israillinin öldürülməsinin məsuliyyətini Həmas öz üzərinə götürüb

4 israillinin öldürülməsinin məsuliyyətini Həmas öz üzərinə götürüb

Qərb Şəriyədə təşkil edilən və 4 israillinin öldürüldüyü silahlı hücumu İzzəddin Əl Kassamın dəstəsi öz üzərinə götürüb. SİA-nın məlumatına görə, ABŞ-ın vasitəşiliyi ilə Vaşinqtonda keçiriləcək İsrail-Fələstin görüşmələri ərəfəsində Qərbi Şəriyədə təşkil edilən və 4 israillinin öldürüldüyü silahlı hücumu Həmasın əsgəri qanadı üzərinə götürüb.

Həmasın hərbi qanadı tərəfindən Qəzzə zolağında edilən şərhdə, "Qəhrəmancasına edilən hücumun bütün məsuliyyətini İzzəddin Əl Kassamın dəstəsi boynuna götürür" deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə