Mozambikin Maputo şəhərində polisin ölkədə qiymət artımlarına etiraz edən nümayişçilərə atəş açması nəticəsində 6 nəfər ölüb. SİA-nın məlumatına görə, S-TV adlı yerli televiziya kanalının yayınlandığı xəbərdə, Baqamoyo prospektindən şəhər mərkəzinə yönələn nümayişçilər arasındakı bəzi qrupların dükanları qarət etməyə başlamasından sonra polisin havaya və nümayişçilərə atəş açdığı bildirilib.
Televiziya kanalı, nümayişçilərdən üçünün hadisə yerində, digər ikisinin xəstəxanada öldüyünü, hadisələr əsnasında bir uşağın da həyatını itirdiyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB