Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi cənab Ramil Həsənov TürkPA Katibliyinin ofisində Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksas ilə görüşüb. Təşkilatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan R.Həsənov TürkPA-nın quruluşu, fəaliyyəti və əsas məqsədləri haqqında geniş məlumat verib. Görüşdə TürkPA Beynəlxalq Katibliyinın Azərbaycan Respublikasındakı 57-ci diplomatik missiya olaraq fəaliyyətə başladığı və türkdilli ölkələrin siyasi, sosial-iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsinə xidmət etdiyi vurğulanıb. Bildirilib ki, TürkPA-nın yaranması region və həmçinin Avropa ölkələri üçün siyasi, iqtisadi cəhətdən çox böyük əhəmiyyət kəsb edib və parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında dialoqun daha da inkişaf etdirilməsində, din, dil, irqə fərg qoymayan, beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərən bir tolerant təşkilat olub. Gələcəkdə enerji sahəsində region və Avropa ölkələrinin əməkdaşlığın genişlənməsində və güclənməsində də TürkPA-nın Parlament Assambleyası olaraq rolunun nə dərəcədə mühüm olacağı qeyd edilib.
Daha sonra beynəlxalq əməkdaşlıq çərçivəsində ATƏT PA, AŞPA, NATO PA, Avropa Parlamenti, Avropa Parlamentinin İnkişaf Ofisi, Cənubi Avropa Ölkələrinin Parlament Assambleyası, MDB PA, İKT PA, Beynəlxalq Parlamentlər Birliyi, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiyasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA), Asiya Təhlükəsizlik və Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, qarşılıqlı fəaliyyət, müşahidəçi statusunun alınması ilə bağlı fəaliyyətləri haqqında səfirə məlumat verilib.Eyni zamanda R.Həsənov Yunanıstan ilə bir çox istiqamətlərdə əməkdaşlığın müsbət şəkildə inkişaf etdirilməsində, genişlənməsində və davam etdirilməsində maraqlı olduğunu qonağın nəzərinə çatdırıb.
İoannis Metaksas TürkPA Baş katibinə geniş və ətraflı məlumat verdiyi üçün təşəkkür edib, Assambleyanın yaranması, Beynəlxalq Katibliyin daimi əsasda fəaliyyət göstərməsi və Katibliyin Bakıdakı fəaliyyətinə önəm verdiyini qeyd edib. TürkPA-nın quruluşunu, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində qısa zamanda ATƏT PA, AŞPA, NATO PA kimi beynəlxalq təşkilatlarla fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan Respublikası Milli Məclisinin sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədovun fəaliyyətini yüksək qiymətləndirdiyini, onun TürkPA-nın sabitlik və stabillik qarantı rolunda çıxış edəcəyinə əmin olduğunu söyləyib.
Daha sonra Azərbaycan, Qazaxıstan, Türkiyə və Yunanıstan arasında mövcud olan parlamentlərarası əlaqələrin inkişafından və dostluq qruplarının aktiv fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edib. Səfir enerji sahəsində ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsinin önəmli fakt olduğunu Baş katibin nəzərinə çatdırıb.
Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyi və TürkPA Beynəlxalq Katibliyi ilə əlaqələrin inkişaf edəcəyini bildirən səfir, Assambleyanın Beynəlxalq Katibliyinə gələcək işlərində uğurlar diləyib və qurumun bir çox tədbirlərində məmnuniyyətlə iştirak edəcəyini qeyd edib. Görüşün sonunda TürkPA adından İoannis Metaksasa Assambleyanın müvafiq sənədlər toplusu və xatirə hədiyəsi təqdim olunub. Görüşdə TürkPA Baş katibinin müavini, Qazaxıstan Respublikasının TürkPA-dakı nümayəndəsi Mels Semqaliyev iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB