SƏHVLƏR ÇOXDUR YAZINI DÜZƏLTTahir Mirkişili: “ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır”
"Hazırda sivilizasiyaların qovuşmasının baş verdiyi, millətlərarası inteqrasiyanın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda mayın 29-30-da Avstriyanın Villach şəhərində ATƏT Parlament Assambleyasının "Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı" mövzusunda konfrans təçkil etməsi cox böyük əhəmiiyyət malik tədbir idi". Bunu SİA-ya açıqlamasında konfransda iştirak etmiş Milli Məclisin ATƏT PA –da nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili bildirib. Tahir Mirkişili tədbirin keçirildiyi Karintiya bölgəsinin tarixinin və inkişaf mərhələlərinin xeyli maraq doğurduğunu qeyd etmişdir. Azərbaycanda milli azlıqların hüquqlarının dövlət səviyyəsində daim qorunduğunu qeyd edən deputat ölkədə milli azlıqların həm öz adət ənənənə, dil, din, mədəniyyətlərini qoruduğunu, həm də Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə inteqrasiya olunduğunu qeyd etmişdir. O milli azlıqların nümayəndlərinin icra orqanlarına, qanunverici və məhkəmə orqanlarında yetərincə təmsil olunduğunu qeyd edərək, multikultural dəyərlərin inkişaf etdirilməsinin Azərbaycanın strateji dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tahir Mirkişili dünyada milli azlıqlarların hüquqlarının qorunması zamanı qarşıya çıxan problemlərdən söz açaraq bu problemlərin yaradan əsas səbəb kimi 3-cü dövlətin müdaxiləsini əsas göstərmişdir. O, Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini göstərərək Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaları arasında etimad, birgə yaşayış prinsiplərinin formalaşmasında Ermənistanın işğalçılıq siyasətinin dağıdıcı rolunu diqqətə çatdırmış və bu müdaxilələrin qarşısının hamı tərəfindən alınmalı olduğunu xüsusi vurğulamışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB