YAP Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib FOTOLAR

YAP Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib FOTOLAR

Mayın 25 -də Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları öncə rayonun mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyublar.

Konfransda YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev hesabat dövründə görülən işlər barədə məlumat verərək bildirib ki, 1993-cü il yanvarın 16-da ilk təsis konfransını keçirən YAP Sabirabad rayon təşkilatı bu gün 91 ərazi üzrə ilk partiya təşkilatında 8036 nəfər YAP üzvünü birləşdirir. Bu gün YAP rayon təşkilatının üzvlərindən 2630 nəfəri, yəni 33 faizi qadınlar, 2647 nəfəri, yəni 33 faizi gənclər təşkil edir. Ötən müddət ərzində YAP Sabirabad rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələri daha ləyaqətlə həyata keçirməkdədir.

Konfrasda rayon təşkilatı nəzarət təftiş qrupunun sədri Cavid Cavadov, partiya veteranı Salamulla Abdullayev, "Asan xidmət" mərkəzinin əməkdaşı Lalə Musayeva, YAP Sabirabad rayon Qadınlar Şürasının sədr müavini Tamella Niftəliyeva, Sabirabad Ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov, şair Ərzuman Babaşov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Konfransda YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək YAP-ın əldə etdiyi böyük nailiyyətlərdən ətraflı bəhs edib.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Rüstəm Xəlilov Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan danışıb.

Sabirabad rayon İcra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Nazim İsmayılov konfransda çıxış edərək YAP-ın yaranma tarixindən, partiyanın əldə etdiyi nailiyyətlədən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib, rayon təşkilatının fəaliyyətində uğurlarla yanaşı nöqsanlardan da danışıb.

Konfransda təşkilatı məsələyə baxılıb. YAP rayon təşkilatı sədrinin müavini Məleykə Həsənova YAP Sabirabad rayon təşkilatının sədri, yeni tərkibdə Şurası və İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə