Diplomatik xidmətlə bağlı qanun dəyişdirilir

Diplomatik xidmətlə bağlı qanun dəyişdirilir

"Diplomatik xidmət haqqında" qanuna dəyişiklik edilir. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, yalnız müvafiq vəzifələrdə azı bir il çalışan diplomatik xidmət əməkdaşlarınınn və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər.

Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir.

Həmçinin xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Qanuna dəyişiklik Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə