Səməd Seyidov: "Sülh Platformasının yaradılmasına tərəfdarıq"

Səməd Seyidov: "Sülh Platformasının yaradılmasına tərəfdarıq"

"Ermənistanla Azərbaycan arasında Sülh Platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterlə birgə Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycan həm danışıqlara, həm də əlaqələr qurmağa hazır olsa da, qarşı tərəfin razılığının olması sual altındadır: "Qarşılıqlı münasibətlər ikitərəfli olmalıdır. Əminəm ki, açıq, sərbəst və bu şəkildə təşkil olunmuş işlər həm Azərbaycan parlamenti, həm də Avropa Parlamenti arasında münasibətləri yüksək səviyyəyə qaldıracaq. Bununla da Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə