Azər Həsrət: “Tədbirlərə ev sahibliyi etmək asan məsələ deyil” AÇIQLAMA

Azər Həsrət: “Tədbirlərə ev sahibliyi etmək asan məsələ deyil” AÇIQLAMA

"Hər şeydən öncə IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərin ev sahibliyinin Azərbaycana etibar edilməsi bizim dövlətin dünya miqyasında tanınmasının, qəbul edilməsinin, güvənli olmasının təsdiqidir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, belə tədbirlərə ev sahibliyi etmək elə də asan məsələ deyil: "Bu cür tədbirlər həm böyük maliyyə imkanları, həm də texniki təchizat, hazırlıqlı insan resursları tələb edir. Müşahidələr göstərir ki, Azərbaycan bütün hallarda belə tədbirlərə nəinki ev sahibliyi etməyə, hətta onları digər ölkələrdən fərqli olaraq qat-qat yüksək səviyyədə keçirməyə qadirdir.

Yəni belə tədbirlərin davamlı olaraq Azərbaycana etibar edilməsi bütün yönləri ilə dövlətimizə yüksək etimadın olmasının təsdiqidir".

Bütün xəbərlər Facebook səhifəmizdə