Deputat: "ÜAK-ın ləğvi Rusiyada daxili sabitliyi poza bilər" MÜNASİBƏT
"Ümümrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi Azərbaycana qarşı edilən təzyiq vasitələrindən biri olmaqla yanaşı siyasi məqsəd güdür". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
.jpg)
ÜAK-la bağlı qərarın dövlətlərarası münasibətlərə xələl gətirən məsələ olduğunu deyən deputat söyləyib ki, Rusiya Ali Məhkəməsi tərəfindən qəbul edilən qərar qonşu ölkənin Rusiyanın öz vətəndaşlarına edilən laqeyd münasibətdir: "ÜAK-ın ləğvi nəticəsində Rusiya ilə Azəbaycan arasındakı münasibətlərin tamamilə başa çatması nəticəsinə gəlmək düzgün deyil. ÜAK yaranana qədər də Azərbaycan-Rusiya münasibətləri olub, bundan sonra da olacaq. ÜAK-ın ləğvi həm də Rusiyanın daxilində sabitliyin pozulmasına doğru yönələn bir addımdır".
F.İbrahimlinin sözlərinə görə, Rusiya bu məsələ haqqında daha çox düşünməlidir: "Rusiyadakı 2 milyona yaxın azərbaycanlının ruhuna, siyasi proseslərə zidd olaraq, atılan addımlar bu vətəndaşları bu dövlətdən narazı salır. Dövlətin öz vətəndaşlarına bu formada münasibət göstərməsi təbii ki, ziyanlı addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB