"Ermənistanın təxtibatçı əməlləri cəbhə xəttində yenidən təkrarlanır. Bu mənada hesab edirəm ki, aprel döyüşləri yenidən ola bilər". Bunu SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
Onun sözlərinə görə, bu gün Ali Baş Komandan, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev bütün diplomatik və danışıq imkanlarından istifadə edərək çalışır ki, bu məsələləri qaydasına salsın: "Yəni beynəlxalq təşkilatların, qonşu dövlətlərin imkanlarından və s. çalışırıq ki, istifadə edək. Amma bunlar baş verməyəndə və ermənilər Azərbaycana qarşı təxribatlarını davam edəndə təbii ki, biz məcburuq ki, onların cavabını verək və yerlərində otuzduraq. Başa salaq ki, Azərbaycan ordusunun gücünə o qalib gələ bilməz və ərazi iddiaları edə bilməz. Qarabağ danışıqlarının nəticəsi olaraq onlar əraziləri tərk etmək əvəzinə hələ bir təxribatlar da edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB